Futbol üzrə Azərbaycan Premyer Liqasınında ikinci tur başa çatıb. Turun mərkəzi matçı Zirədə yerli komanda ilə çempion “Neftçi” arasında olub. İlk hissədə tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb. Fasilədən sonra təyziqi artıran qonaqlar 72-ci dəqiqədə istəklərinə çatıblar. Qapıçının səhvindən istifadə edən Fəhmin Muradbəyli “Neftçi”ni hesabda irəli çıxarıb. Görüşün sonları daha maraqlı keçib. Əlavə olunan dəqiqələrdə azarkeşlər daha iki qol izləyiblər. Əvvəlcə Emin Mahmudov “Neftçi”nin üstünlüyünü artırıb. Bir dəqiqə sonra Davit Volkov fərqi miniuma endirib – 1:2. Görüş elə bu hesabla başa çatıb.
Turun son oyununda “Qarabağ” “Səbail”ə qalib gəlib. Hesabı yarım saatın tamamında Musa Qurbanlı açıb. 19 yaşlı hücumçu ilk hissənin son dəqiqəsində dubl edib. Görüşün ssenasiri ikinci hissədə də dəyişməyib. Ardıcıl hücumlar təşkil edən “Qarabağ” 75-ci dəqiqədə 3-cü topu “Səbail”in qapısından keçirib. Filip Ozobiçin zərbəsini Kamran Ağayev dəf edə bilməyib. Qarşılaşmanın qalan vaxtında isə hesab dəyişməyib və matç “Qarabağ”ın 3:0 hesablı qələbəsilə yekunlaşıb. İki turdan sonra 6 xalı olan “Sumqayıt” vahid liderdir. Hesabında 4 xal olan “Qarabağ”, “Qəbələ” və “Neftçi” 2-4-cü yerləri bölüşür. “Səbail” 3 xalla 5-c, “Zirə” isə 1 xalla 6-ci pillədədir. Hər iki görüşdə uduzan “Keşlə” və “Sabah” müvafiq olaraq 7-ci və 8-ci pillədədirlər.